Müsahibəyə başlamadan öncə bildirim ki, heç vaxt dostlarımla müsahibə etməmişəm buna səbəbsə digər insanlarla etdiyim müsahibədən daha çox məsuliyyətdir ünvanladığım suallar, yazdıqlarım onlara uyğun olmalıdır.Bu missiyamın ağırlığını dərk edərək müsahibəmizi təqdim edirəm.Ümidvaram ki, oxucular üçündə maraqlı olacaq.
– Xoş gördük, Aqil. Sizinlə müsahib olmaq çox xoşdur. Müasir cəmiyyətdə ictimai-siyasi fəaliyyətlə məşğul olmaq çətin deyil ki?
-İlk növbədə təşəkkür edirəm bir dostla müsahibə etmək çox xoşdur mənim üçün. Müasir dövrdə içtimai-siyasi fəaliyyətlə məşğul olmaq bəlkədə kimlər üçünsə çətin ola bilər amma mənim üçün heç bir çətinliyi yoxdur.Çünki, ixtisasca iqtisatçı olmağıma baxmayaraq içtimai-siyasi fəaliyyətlə məşğul olmaq mənim ruhuma yaxın bir sahədir bununla könüllü məşğul oluram və bu fəaliyyətimlədə zövq alıram. Düşünürəm ki, ölkəsini, dövlətini,vətənini,millətini sevən hər bir normal vətəndaş ölkədə baş verən içtimai-siyasi proseslərdən kənar qalmamalıdır fəaliyyət göstərməsə belə maraqlanmalıdır, bilməlidir. Təbii ki,çox yaxşı olardı fəaliyyətlə məşğul olsunlar məndə bir vətəndaş olaraq ölkədə baş verən içtima-siyasi proseslərdən uzaq qalmıram nəyinki ölkədə düşünürəm ölkə hüdudlarından kənardada baş verən siyasi proseslərdən insan kənar qalmamalıdır. Çünki, bir vətəndaş olaraq sabah başqa bir ölkədə olduqda ,başqa insanlarla ünsiyyətdə olduqda, istər iş baxımından, istər adi görüşlərdə hər zaman öz dövlətcilik,millətcilik maraqlarını qorumağı bacarmalıdır.
– Aqil gördüyünüz işlərdən, layihələrdən danışmamışdan öncə sizin harada böyüyüb, boya-başa çatmağınızdan, məktəb illərindən, idmana ilk dəfə nə vaxt başladığınızdan danışmaq olarmı?
– Mən Bakı şəhərində 1985-ci il oktyabrın 23-ü ziyalı ailəsində doğulmuşam idmana maraq hər zaman məndə olub çünki, bizim nəslimizdə yetərincə tanınmış idmançılar olub. Lakin idman mənim üçün hər zaman sağlam həyat tərzi yürütmək və bir hobbi olub. Çünki,mənim uşaq illərində əsas məqsədim təhsillə məşğul olmaq idi, amma bununla yanaşı idmanıda kənara buraxmırdım hər zaman idmanlada məşğul olurdum ilk dəfə mən idmana 5-ci sinifdə oxuyarkən başlamışam hardasa həyatımın 10 ildən çoxunu idmana sərf etmişəm. Cüdo ilə məşğul olmuşam, şərq idman növləri, daha sonra alpaqut idman növü ilə məşğul olmuşam.
-Həmdə gənc alimsiniz bununla yanaşı dövlətçilik ənənələrinə sadiq olan ən aktiv içtima fəaliyyətləriniz var bütün bunlarlada yanaşı idman. Necə oldu idmana maraq və bütün bunları bilikdə idarə etməyi necə bacarırsınız?
\”İqtisadiyyat sahəsini çox sevirdim gənc alim olmaq istəyi mənə əmimdən keçib allah ölənlərinizə rəhmət eləsin kiçik əmim cavan yaşlarında vəfat etmişdi o, biologiya üzrə alim idi və mənim alim olmağıma ən böyük təkan verən amillərdən idi əmim.”
– Gənc alim olmağıma gəlincə isə bəyaqda qeyd etdim uşaqlıqdan mən təhsilə,elmə meyilli olmuşam buna səbəbsə valideynlərimin xüsusi rolu olub. Onlar hər zaman təhsilimə böyük önəm veriblər ümumiyyətlə mən ziyalı ailəsində anadan olmuşam bizdə bir şəcərə olaraq bu bir adət-ənənədir bizim nəsildə elmə böyük marağın olması. İqtisadiyyat sahəsini çox sevirdim gənc alim olmaq istəyi mənə əmimdən keçib allah ölənlərinizə rəhmət eləsin kiçik əmim cavan yaşlarında vəfat etmişdi o, biologiya üzrə alim idi və mənim alim olmağıma ən böyük təkan verən amillərdən idi əmim. Bütün bunlarla yanaşıda iqtisadiyyat həmdə mənim üçün elmdən əlavədə bir hobbiyə çevrilmişdi mənim üçün öz iqtisadi təhsilimlə yanaşı iqtisadiyyatın bütün sahələrinə maraq olub təbii ki,bütün bunlarda məni alimlik dərəcəsinə gətirib çıxartdı.Bu mənim üçün təhsil sahəsində olan ən böyük uğurlarımdan biri sayılır və bu uğuru əldə etdiyim üçün çox qürurlanıram çünki, məsuliyyətli bir addır iqtisadiyyat üzrə fəlsəfə doktoru olmaq.Həmdə mənim artıq həyat tərzimdir çünki, mən uşaqlıq illərindən bu günədək hər zaman boş vaxtlarımı öz üzərimdə çalışmağa sərf etdim.Düşünürəm ki, hər bir vətəndaş, vətənpərvər olan bir kəs, daima öz üzərində çalışmalıdır özünü inkişaf etdirməlidir. Bu baxımdanda yaşadığı cəmiyyətə,yaşadığı dövlətə, faydalı biri olmağa çalışmalıdır yəni həmişə fikirləşmişəm ki, bu baxımdan cəmiyyətə xeyrim olsun və bu elmlədə məşğul olmaq məndə vətənə sevgidən irəli gəlib həmdə əziz əmimin xatirəsi olubdur.
– Hər bir idmançının karyerasında yarışlar, turnirlər olur. Ancaq Aqil Acalov deyəndə başqa ab-hava yaranır, siz həm idmançı kimi həmdə gənc alim, içtimai xadim kimi gənclərimizə örnəksiniz çox gənclərimiz sizin kimi olmaq istəyər onlara bu səpgidə məsləhətiniz nə olardı?
\”İnsan nə qədər vətəninə, dövlətinə, millətinə bağlı olarsa, insan nə qədər dövlət sevər olarsa, bir o qədər inanclı olar və bir yerdə inam varsa uğurda var.”
-Bilirsiniz mən heç vaxt örnək olmağa çalışmamışam həmişə çalışmışam ki, vətənimə, dövlətimə, daşıdığım soyada layiqli bir vətəndaş olum indi bilmirəm kimlər üçünsə örnəyəm təbii ki, bu qürur verici bir haldır. Amma yenədə deyim ki, mən xüsusi çalışmamışam ki, kimlərəsə örnək olum sadəcə olaraq torpağıma, millətimə, dövlətimə xidmət etməyə çalışmışam. Çalışmışam ki, dövlətim üçün lazımlı bir vətəndaş olum və kiçicikdə olsa müəyyən bir töhfəm olsun dövlətciliyimizdə, vətənpərvərliyimizdə, idmanın inkişafında.Bəli bu gün idmançı deyəndə müxtəlif turnerlər, idman yarışları,medallar insanların ağlına gəlir amma ulu öndər Heydər Əliyevin çox gözəl bir kəlamı var \”sağlam gəncliklə xoşbəxt gələcəyə doğru”. Məndə elə bunu düşünərək deyərdim ki, biz müharibə şəraitində olan ölkəyik bizdə istər fiziki,istər mənəvi sağlam gənclərimizin yetişməsi lazımdır çünki, bu gənclər hər biri gələcəkdə əsgərlərimizdir, onlar torpaqlarımızın müdafiəsi uğrunda çalışacaqlar. Bu baxımdanda hər zaman çalışmışam ki,əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan və möhtərəm prezidentimiz silahlı qüvvələrin ali baş komandanı İlham Əliyev tərəfindən ən yüksək səviyyədə yürüdülən gənclər və idman siyasətində onların yaratdığı dəsti xətti gedərək onlara dəstək olum.
Gənclərimizə məsləhətim bu olar ki, ilk növbədə təhsillərinə, elmlərinə fikir verməlidirlər daima öz tariximizi bilməlidirlər gənclərimiz öz milli dəyərlərimizə, öz milli məfkurəmizə bağlı olmalıdırlar. Çünki,belə olan təqdirdə onlar istər elmlə,idmanla və digər sahələrdə vətənin ,dövlətin nə olduğunu yaxşı dərk edəcəklər və onlar öz tutduqları sahədə uğurlar əldə edəcəklər. İnsan nə qədər vətəninə, dövlətinə, millətinə bağlı olarsa, insan nə qədər dövlət sevər olarsa, bir o qədər inanclı olar və bir yerdə inam varsa uğurda var.Gənclərimizə töfsiyəm odur ki,idmanla məşğul olsunlar, təhsilləri ilə məşğul olsunlar və hansı sahədə olurlar olsunlar ilk növbədə buna inanmalıdırlar və nə üçün etdiklərini yaxşı bilməlidirlər.Mən deyərdim ki,bu gün hər bir Azərbaycan gəncinin tutduğu yol Azərbaycançılıq yolu olmalıdır çünki,onlar bu yolla gedərlərsə öz dövlətləri,millətləri üçün xeyir vermiş olarlar.
-Siz həmdə şanlı tariximizə şücaətləri ilə dastan yazmış Emin bəy Acalov və İsrafil bəy Acalov soyadının davamçılarındansınız.İstərdim ki, bu haqda məlumatı olmayan gənclərimizi məlumatlanıdrardınız?
\”Acalov soyadını daşımaq mənim üçün böyük bir fəxrdir çünki, mənim mənsub olduğum şəcərə daima Azərbaycançılıq üçün, türkçülük üçün ,dövlətçilik üçün xidmət edən insanlar olublar.”
-Böyük fəxrlə söyləyərdim ki, babalarım Emin ağa Acalov və İsrafil ağa Acalov tariximizin igid cəsur Borçalı bəylərindən olublar. Emin Ağa Acalov 1868-ci ildə Borçalının Kəpənəkçi kəndində dünyaya gəlib o,uşaqlıqdan dini və gimnaziya təhsili alıb ərəb və rus dillərini mükəmməl bilib. Emin ağa çox mərd, namuslu və daim haqq-ədalət tərəfdarı olduğundan el-obada və kəndlilər arasında çox sevilirdi. 1905-1907-ci illər inqilabı zamanı Azərbaycanda olduğu kimi Borçalıda da ermənilərlə-Azərbaycan türkləri arasında milli münaqişə baş verirdi.Azğınlaşmış ermənilər burda yaşayan Azərbaycanlıları qətl etmək istəyirdilər lakin onların bu istəyini Emin Ağa ürəklərində qoyur.1917-ci illərin sonları 1918-ci illərin əvvəlləri rus imperiyasının əsarətindən azad olub öz müstəqilliklərini elan etməyə çalışırdılar.Belə bir vəziyyətdə Emin Ağa Acalov Borçalı \”Qarapapaq” türk cumhuriyyətini yaradır bu dövlətin yaşaması üçün 5 noyabr 1918-ci il tarixində Osmanlı paşası 9-cu ordu komandanı Yaqub Şefki Paşadan yardım istəyir Yaqub Şefki Paşa isə ona Ahıska höküməti və Araz cumhuriyyəti ilə bir bayraq altında birləşib türk cumhuriyyətini qurmağı təkli edir.30 Noyabr 1918-ci ildə Qars İslam Cumhuriyyəti qurulması elan edilir Emin ağa Acalov isə dövlət başçısı təyin olunur.
Ümumiyyətcə hər ildə olduğu kimi o, illərdədə azğınlaşmış ermənilər Azərbaycanda həmçinin Türkiyyədə soyqrımlar keçirdirdirlər belə bir dövrdə ermənilər soyqrım həyata keçirmək planı etsələrdə onların planlarının 50-dən çox yaşı olan babam Emin ağa Acalov qarşısını alır.
Digər babam İsrafil ağa Acalov’da tarixdə adlı-sanlı bəylərdən olub hətda o,vaxtı ermənilərin qorxulu yuxusuna çevrilən babam İsrafil ağaya \”intiligetniy palaç” yəni intiligetni cəllad deyirmişlər. 1905-1918-ci illərdə Andronik və general Nazarbekyan Borçalı mahalına hücum edərək həm 1905-ci ildə Osmanlılarla birgə vuruşan İsrafil ağadan məğlubiyyətin əvəzini çıxmaq həmdə oradakı Azərbaycanlıları qətl etmək istəyiblər.Ermənilərin məkirli planını başa düşən İsrafi ağa Acalov düşmənin mənfur hiyləsini, əvvəlcədən başa düşdüyü üçün hazırlıq görmüşdü ona görədə, düşmənin bu niyyəti baş tutmamışdı. 800 Nəfər erməni əsgəri kəpənəkçi kəndinin girişində pusquya salınaraq məhf edilir və döyüşdə babam İsrafil ağa general Nazarbekyanın başını qılıncla kəsir Andronik isə bir neçə erməni əsgəri ilə qaçaraq canını qurtarır.İsrafi ağa Acalov hər zaman mərdliyi və uzaqgörənliyi ilə seçilirdi.
Acalov soyadını daşımaq mənim üçün böyük bir fəxrdir çünki, mənim mənsub olduğum şəcərə daima Azərbaycançılıq üçün, türkçülük üçün ,dövlətçilik üçün xidmət edən insanlar olublar. Məndə bu gün onların davamçısıyam və çalışıram ki,onların qoyduğu dövlətçilik adət ənənəsini davam etdirim çünki,onların bizə qoyduğu bu yol müqəddəs yoldur və məndə bu gün çalışıram ki,babalarımın getdiyi yolu gedim.
-Bir çox federasiyalara rəhbərlik etmisiniz hal-hazırda isə Avrasiya Kombat Ciu-Citsu Federasiyasının Prezidentisiniz gələcəkdə hansı layihələr olacaq?
\”Yaxın aylarda bizim bir neçə ölkə daxili turnerlərimiz olacaq və biz oktyabr-noyabr aylarında isə Kombat Ciu-Citsu üzrə dünya çempionatını Azərbaycanda keçirdəcəyik təbii ki, bu çempionatın Azərbaycanımızda keçirilməsi birmənalı deyil xüsusilədə Bakı şəhəri dünyada idmanın mərkəzinə çevrilmişdir.”
– Avrasiya Kombat Ciu-Citsu Federasiyası olaraq biz artıq bir sıra layihələrə imza atmışıq. Azərbaycana digər Kombat Ciu-Citsu Federasiyalarının rəhbərlərini, mütəxəssislərini dəvət etmişik burada görüşlər keçirtmişik. Məqsədimiz həm Azərbaycanda, həmdə dünyada bir Azərbaycan milləti olaraq idmanın sağlam inkişafına töhfə vermək və ölkəmizi layiqincə təmsil etməkdir. Bu cür nüfuzlu və böyük bir beynəlxalq təşkilata rəhbərlik etmək təbii ki, çətin olsada eyni zamanda çox şərəfli bir missiyadır biz burada Azərbaycanımızı təmsil edirik və burada heç bir nöqsan ola bilməz. Gələcək planlarımız isə yaxın aylarda bizim bir neçə ölkə daxili turnerlərimiz olacaq və biz oktyabr-noyabr aylarında isə Kombat Ciu-Citsu üzrə dünya çempionatını Azərbaycanda keçirdəcəyik təbii ki, bu çempionatın Azərbaycanımızda keçirilməsi birmənalı deyil xüsusilədə Bakı şəhəri dünyada idmanın mərkəzinə çevrilmişdir. Bu baxımdan bizimdə beynəlxalq yarışları keçirməyimizdə böyük təcrübəmiz var və ondanda əlavə Azərbaycan bu günləri həm stabil, həm siyasi,həm iqtisadi cəhətdən inkişaf edən ölkədir.Azərbaycanın bu cür yüksək inkişafı hal-hazırda göz qabağındadır və bütün bu amillər nəzərə alınaraq biz ölkəmizdə bu çempionatın keçirilməsinə razılıq aldıq.
-Hal-hazırda bu idman növü ilə məşğul olanlar çoxdurmu.Yəni digər idman növlərinə olduğu kimi yeniyetmə və gənclərimizin maraqlandığı idman növünə Kombat Ciu-Citsu daxildir?
– Ümumiyyətlə qeyd edim ki, ciu-citsunun bir neçə növü var Kombat ciu-citsu var,Brazilya ciu-citsusu var,ənənəvi ciu-citsu varnəinki, Azərbaycanda dünyadada bu idman növü ilə məşğul olanların sayı çoxdur.Elə Kombat ciu-citsu dünyanın 61 ölkəsində var bunun 20 ölkəsi Avrasiya kontengentinə düşür.
-Mən istərdim idman mütəxəssisi olaraq bir çox valideynin maraqlandığı sualı cavablayardınız onlar övladlarını neçə yaşında idmana yazdırmalıdır?
– Valideynlərə məsləhət görərdim ki,uşaqlar 5-6 yaşından idmana başlaya bilərlərancaq bir başa uşağı döyüş sənətinə gətirmək düzgün deyil.Mən həmişə demişəm ilk növbədə valideynlər övladlarını idman gimnastikası ilə məğul olmağa yönəltsinlər.İdman gimnastikası həm uşağın daxili orqanlarının inkişafına xeyirdir həm bədəninin,həm sümüklərinin inkişafına xeyirdir bu zaman elastiklik artır.Valideynlər artıq bu zaman övladlarını əlbəyaxa döyüş sənətinə gətirə bilərlər.
– Uğuru necə qiymətləndirirsiz və ya müəyyənləşdirirsiz?
– Bilirsiniz uğur əldə etmək üçün insan ilk növbədə əzimkar olmalıdır,insan ilk növbədə inanmalıdır, insanın məqsədi olmalıdır. Əgər insanın məqsədi varsa təbii ki, burda təmizlikdən, dürüstlükdən söhbət gedir bəzən elə hallar olur ki, insan məqsədinə çatmaq üçün müəyyən əyri yollara gedir bu bir mənalı şəkildə qəbul edilməzdir. İnsan çalışmalıdır daima öz üzərində işləsin, dayanmamalıdır və qarşısına məqsəd qoymalıdır o, məqsədə çatmaq üçün əlindən gələni etməlidir bunun üçün inamı olamalıdır inam və iman olan yerdə düşünürəm ki,uğur əldə etmək asanddır.
-Həm ictimai sektorda həmdə idman sahəsində ulu öndər yolunu davam etdirən gənclərdənsiniz hal-hazırda ölkəmizdə baş verən hadisələrə münasibətiniz necədir?
\”Bu gün cənab prezident İlham Əliyevin’də yürütdüyü gənclər və idman siyasəti dahada artıb son illərdə Azərbaycan gənci həqiqətəndə çox potensiyallı gəncdir….”
– Mən özümdə ulu öndər Heydər Əliyevin qoyduğu yolu onun dəsti xəttinin bu gün bir gənc olaraq davamçılarındanam ümumiyyətlə çox sevindirici bir haldır ki,əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş gənclər və idman siyasəti elə onun sağlığında effektini verməyə başlamışdır. Bu gün cənab prezident İlham Əliyevin’də yürütdüyü gənclər və idman siyasəti dahada artıb son illərdə Azərbaycan gənci həqiqətəndə çox potensiyallı gəncdir idman,elm,mədəniyyət və bir çox sahələrdə bu gün Azərbaycan gəncinin imzası görsənir.Azərbaycan gənci nəyinki, bu gün Azərbaycanda ölkə hüdudlarından kənardada, öz sözlərini deyir həm idman sayəsində bu günləri idmançılarımız dünyanın ən mötəbər idman yarışlarında,çempionatlarında, olimpiyadalarında qalib gəlirlər, bayrağmızı ucaldırlar.Bu gün Azərbaycan gəncləri dünyanın ən öndə universitetlərində təhsillərin davam etdirirlər,bu günləri Azərbaycan gəncləri mədəniyyət sahəsində dünyanın bir çox mötəbər konsert zallarında çıxış edirlər.Azərbaycan gənclərinin fəaliyyəti,Azərbaycan gənclərinin naliyyətləri bu gündə görünür ölkədə baş verən siyasi proseslərdədə gənclərimiz aktivdir.Buna misal olaraq aprel ayının 11-də keçirilən seçkidə gənclərimizin marağını gördük onlar daha 7 il ərzində cənab prezidentimizə müstəqil formada səs vermə yolu ilə öz vətəndaşlıq hüquqlarını ortaya qoydular.Bu gün Azərbaycan gənci çox dəyişib,çox müasirləşib,çox beynəlmiləşib mən deyərdim ki, bu gün Azərbaycan gənci öz intibah dövrün yaşarır.
– Bu, nə dövlətin, nə cəmiyyətin, nə bizlərin, nə də digər qurumların səhvidir – söhbət gənclərin narkotikə meylliliyindən gedir. Əslində, dünyanın hər yerində narkotikə meyllilik, təhsildən yayınmaq kimi problemlər mövcuddur və təəssüf ki, bu problemlər bizim ölkəmizdədə mövcuddur. Sizcə belə gəncləri pis vərdişlərdən yayındırmaq üçün nə kimi tədbirlər görülməlidir?
\”Narkomaniya və uşaq cinayətgarlığına qarşı çoxlu sayda layihələrimiz olub və bu gündə bu adət-ənənə davam edir.”
-Bəli bu nə dövlətin, nə cəmiyyətin günahı deyil gənclərin pis vərdişlərə əl atmaları ölkəmizdə gənclərimizin düzgün formada inkişaf etdirilməsi üçün çox böyük işlər görülür. Bu gün məktəblərdə, universitetlərdə, gənclərimizin elmlə məşğul olmaq baxımından,idmanla məşğul olmaq baxımından, düzgün formada yetişdişdirilməsi üçün müxtəlif şəraitlər yaradılıb. Bu gün QHT-lər vasitəsi ilə, müxtəlif idman federasiyalarının vasitəsi ilə, müxtəlif dövlət proqramları vasitəsi ilə, Azərbaycanda gənclərin narkotikdən və digər pis vərdişlərdən uzaq olması üçün böyük işlər görülür, tədbirlər həyata keçirilir.Bu düşünürəm ki,qlobal bir prosesdir bütün dünya ölkələrində olan problemdir bilirsiniz ideal cəmiyyət yoxdur, ideal dövlətdə yoxdur,problemsizdə cəmiyyət.Əslində cəmiyyətdə problem olmalıdır çünki, problem olmasa bunların həlli istiqamətləridə olmaz yəni problem olan yerdə fəaliyyət var, fəaliyyət olan yerdə təkamül var, təkamül olan yerdə inkişaf var.
Bizdə bu barədə çalışmalıyıq ki, gənclərimizi təhsilə,idmana yönəldək çünki,idman özü sağlam həyat tərzidir,idman özü insanı həm psixaloji, həmdə fiziki cəhətdən sağlam edir. Ən çox psixaloji cəhətdən zəif olan gənclər pis vərdişlərə yol atır və bu zərərli vərdişlərdən onları uzaqlaşdırmaq üçün çalışmalıyıq onları pis vərdişlərdən idman sayəsində uzaq edək.İdman nə qədər çox inkişaf edərsə, idmana biz nə qədər dəstək olarıqsa, insanlarda pis vərdişlərdən uzaq olar.Mən özümündə bundan öncəki rəhbərlik etdiyim federasiyada, həmdə indiki rəhbərlik etdiyim fedarisyada bir dəstixəttim var bu vətənpərvərlik, dövlətçilik dəstixəttidir.
Yəni burda təkcə dövlətinə xidmət, vətəninin adını qaldırmaqdan söhbət getmir təbii, olaraq bunlarda vacibdir eyni zamanda vətəndaş cəmiyyətinin düzgün formada inkişaf etməsinə xidmətdən gedir. Gənclərimizin istər fiziki, istərsədə mənəvi cəhətdən sağlam gənclərin yetişməyinə xidmət etməyə çalışıram və mütəmadi gənclərimizin pis vərdişlərdən uzaq olması üçün tədbirlər həyata keçirtmişik indidə keçirdirik. Narkomaniya və uşaq cinayətgarlığına qarşı çoxlu sayda layihələrimiz olub və bu gündə bu adət-ənənə davam edir.
– Ən böyük problemlərdən biri də müzakirə mədəniyyətinin çox aşağı səviyyədə olmasıdır. Müzakirədə kifayət etikasının yaxşı olmaması qaragüruh formalaşdırır və nəticədə onların qarşısına intellektual immunitet olaraq çıxmaq da çətinlik yaradır. Səbəblər nədir, mütaliə azlığı yoxsa yanaşma kasadlığı?
\”Biz bir xalq olaraq dünya mədəniyyətinə qatqıları olan millətik, biz tarix yazmış millətik….,”
– Biz bu günlər nə qədər danışsaqda ki,Azərbaycan gənci inkişaf edir, cəmiyyətimiz inkişaf edir, amma bununlada yanaşı bizim bir çox çatışmayan cəhədlərimiz var və buda normaldır.Biz sadəcə çalışmalıyıq ki, bu problemlərin hardan qaynaqlandığını araşdırıb tapaq və onun həllini çözə bilək. Mən öz müşahidələrimdən deyə bilərəm ki, bu gün müəyyən bir insanların etikalarının, mədəniyyətlərinin aşağı olması birinci növbədə ailədən asılıdır.Çünki, uşağın təməlini onun ailəsi qoyur daha sonra cəmiyyət . Buna görədə əgər biz mədəni əxlaqlı bir cəmiyyətimizin olmağını istəyirksə ilk növbədə mütaliəyə fikir verməliyik, biz ən çox öz mədəniyyətimizə bağlı olmalıyıq,öz adət-ənənələrimizə bağlı olmalıyıq, öz mentalitetimizə bağlı olmalıyıq çünki,bizim çox gözəl adət-ənənələrimiz var çox gözəl mentalitetimiz var.Biz bir xalq olaraq dünya mədəniyyətinə qatqıları olan millətik,biz tarix yazmış millətik,biz öz mədəniyyətimizi, öz tariximizi gənclərimizə nə qədər güclü formada aşılasaq, nə qədər güclü formada bu istiqamətdə işlər görsək mən düşünürəm ki,həm mədəni həmdə əxlaqi cəhətdən daha çox olar və bu problemlərdə azalar.
-Gənclərimizə maraqlı olardı Aqil Acalov hansı yazarların əsərlərini sıxlıqla mütaliə edir?
-Yazarlara gəlincə mən araşdırmacı bir insanam elmi sahələrədə çox diqqət ayırıram. Məsəl üçün Quran’i-Kərimin tərcüməsini oxuyuram, ondan əlavə sırf tarixi oxumağıda xoşlayıram, dünya siyasətinidə araşdıraraq oxuyuram yəni araşdırmacı olduğum üçün, uşaqlığımdan bu günə qədər çox mütailə etmişəm, çox kitablar oxumuşam və dünyaca məşhur yazarların əsərlərini oxumuşam istər öz yazıçılarımız olsun, istər dünya yazarları olsun.Qısaca olaraq araşdırmacı olduğumdan bir çox yazarların əsərlərini oxuyub mütailə etmişəm həm siyasətə aid,həm tarixə aid,həm elmə aid.Hətda bildirim ki,çox zəngin kitabxanam varki orada bir çox dünya yazarlarının əsərləri, kitabları var.
– Hazırda mətbuatla bağlı ən çox müzakirə olunan məsələ onun gələcəyidir. Belə ki, hazırda internet medianın ənənəvi medianı üstələməsi günün reallığı kimi qəbul olunur. Bu sizcədə belədir?
– Bəli bu gün mətbuatda ciddi problemlər var təbii ki, bu günləri biz demokratik və söz azadlığı olan cəmiyyətdə yaşayırıq. Təəssüflər olsun ki, bu azadlıqdan sui istifadə edən insanlarda var, qərəzli jurnalistlərdə onlara hətda \”reket jurnalistlərdə” deyilir. Bu günləri mətbuat cəmiyyətimizin dördüncü hakimiyyəti sayıldığı halda məsəl üçün müşahidə olunur ki, düzgün olmayan informasiyaları qabardılmış,şişirdilmiş formada cəmiyyətə çatdırırlar faktlara ,sübutlara əsaslanmadan çatdırırlar, müəyyən insanların,müəyyən güclərin sayəsində bu günləri çalışırlar ki, cəmiyyətimizə təsir etsinlər. İnternet medianın inkişafı bu gün yaxşı haldır çünki, biz qloballaşan dünyada yaşayırıq. Bu günləri biz dünya üzərində inkişaf edirik vəçalışmaq lazımdır ki, yaxşı formada istifadə edilsin. Mən internet medianın inkişaf etməyinə pis baxmıram amma ənənəvi medianın olmasıda lazımdır internet komputer vasitəsi ilə oxumaq başqadır, kitab oxumaq, qazet oxumaq bu tamam başqa. Nə qədər kitab qazet oxuyarıqsa bizim danışıq səviyyəmiz yaxşı olar həmdə intellekt səviyəmiz yaxşılaşar bu bir növ insanların komputerlərdən,telefonlardan asılılığınıda azaldar.
– Sosial şəbəkələrdə də aktivsiniz. Ölkədə və dünyada baş verən olaylara reaksiya verirsiniz. Belə olan təqdirdə işlərinizə qısqanclıqla yanaşanlar olmamış olmaz.
\”Bəli qısqananlar olur, qıcıqlananlar olur hətda deyərdim elə insanların olması mənim fəaliyyətimə dahada istimul verir ki, mən dahada yaxşı fəaliyyət göstərim.”
– Bəli mən bu günləri internetin,sosial şəbəkələrin aktiv istifadəçisiyəm və düşünürəm ki,sağlam formada istifadə edirəm.Çünki,məni izləyən dostlar,yaxınlar, məni tanıyan insanlar bilirlər ki,mən həmişə daha çox fəaliyyət sahəmlə bağlı paylaşımlara üstünlük verirəm. Ümumiyyətlə düz vurğuladınız dünyada baş verən proseslərə həmişə çalışmışam münasibət bildirim yəni bu nədən irəli gəlir?
Biz bu gün dünyaya bildirməliyik ki,Azərbaycan cəmiyyəti qapalı bir cəmiyyət deyil,dünyəvi bir cəmiyyətdir bizim konstitutsiyamızdada var ki, Azərbaycan dünyəvi bir cəmiyətdir.Dünyada baş verən hadisələrə fikrini bildirən cəmiyyətimiz var bizim bəli müəyyən insanlar var ki, bizi sevə bilməz mən hər zaman söyləyirəm \”Hətda allah hər bir kəs tərəfindən sevilmirsə bizdə allahın bir qulu olaraq necə sevilə bilərik”.
Bəli qısqananlar olur, qıcıqlananlar olur hətda deyərdim elə insanların olması mənim fəaliyyətimə dahada istimul verir ki,mən dahada yaxşı fəaliyyət göstərim. Vətənimi,dövlətimi sevən insanam dövlətçilik mövqeyindən kənara çıxmayan bir insanam təbii ki, bu gün antimilli qüvvələrin əlində oyuncağa çevrilmiş insanlar tərəfindən müəyyən qınağa çevrilirəm amma bu məni heçdə qorxuzmur,bu məni heçdə çəkindirmir əksinə mənə stimul verir.
Biz artıq müstəqil dövlətik mən milli adət-ənənəmizə,milli məfkurəmizə bağlı bir insanam təbii ki, biz tolerant bir xalqıq,multikultral xalqıq, nümunəvi bir ölkəyik. Nə qədər vətənpərvər olsamda digər xalqlara,millətlərə,digər dinlərədə hörmətim var amma mənim bir tək istəyim ən çox özümüzünkünə diqqət edək bu günləri müxtəlif dinlərə, millətlərə məxsus bayramlar keçirdilir hansılar ki,bizim milli-mədəniyyətimizə ziddir qeyd etsinlər amma bunu daha qabarıq etməsinlər. İnsanlar azaddırlar kim necə istəyir elə edə bilər amma mən hər zaman çalışmışam ki,cəmiyyətimizdə bir insanın düzgün mövqeyi olmayanda onu bilgiləndirim.
– Cəbhə xəttində baş verən son hadisələrə münasibətiniz necədir?
\”Azərbaycan xalqının bu istiqamətdə əzmi, Azərbaycan ordusunun gücü və onların Ali Baş Komandanımız ətrafında sıx birliyi Ermənistanı və onun havadarlarını ciddi narahat edir.”
– Təxminən 25 ilə yaxındır ki, Ermənistan Azərbaycan torpaqlarını işğal edib. Görünür uzun bir zamanın keçməsi Ermənistan tərəfdə başqa fikirlər yaradıb. Ona görə də yenidən hücuma keçiblər. Ancaq son hadisələr Ermənistana böyük bir dərs oldu. Bunun nəticəsidir ki, işğal edilmiş Azərbaycan torpaqlarında süni məskunlaşdırılan və son hadisələr zamanı oradan qaçan erməniləri Ermənistan hakimiyyəti geri qaytara bilmir. Azərbaycan xalqının bu istiqamətdə əzmi, Azərbaycan ordusunun gücü və onların Ali Baş Komandanımız ətrafında sıx birliyi Ermənistanı və onun havadarlarını ciddi narahat edir. Fikir verdinizsə, Ermənistan az qala yalvararaq, danışıqlara hazır olduğunu bəyan etdi. Ümumən demək istəyirəm ki, son hadisələr cəbhədə dönüş nöqtəsidir. Qələbənin başlanğıcıda ola bilər .
– Avropada erməni lobbisi öz yalanlarını dünyaya yaymaq üçün işlər görürlər. Son illər Ermənistanda artan gərginliyi ermənistan hakimiyyəti Dağlıq Qarabağ üzərindən fikirləri yayındırmağa çalışır. Qısaca olaraq bu məslələrə fikriniz nədir?
\”Şəhid bütöv bir millətin, xalqın övladıdır. Hər bir Şəhid bizim üçün əziz və müqəddəsdir.”
20-ci əsrin sonları Azərbaycan üçün çox çətin,çox keşməkeşli yollar idi insanlar kimə və nəyə inanacağını unutmuşdu. 1969-cu il 14 iyul tarixli plenumunda 46 yaşlı Heydər Əliyev Azərbaycan KP MK-nın birinci katibi seçildi hələ o, dövürdə Azərbaycanda hər sahədə inkişaf olduğu təqdirdə artıq 20 ci əsrin sonlarında bunlar hiss olunmurdu. Moskvadan xüsusilədə Kremelden Mixayıl Qarbaçovun oyunları o, dövrlərdə Azərbaycan rəhbərliyinə sıçramış və nəticədə qardaş qırğınına,vətəndaş müharibəsinə, və bizim tarixdən silinməz qanlı yanvar hadisələrinə bais olmuşdular. Bütün bu hallara bir dur deyən olmalı idi və xalqın böyük əsəriyyətinin təkidi ilə ulu öndər 1993-cü il oktyabrın 3-də ümumxalq səsverməsi nəticəsində Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti seçildi.
Mən xüsusilə vurğulamaq istərdim ki,Azərbaycan çox zəngin bir ölkə olmasına baxmayaraq ki, bizim nə qədər təbii sərvətlərimiz var lakin, bizim əsas təbii sərvətlərimiz bu torpaq altında yatan şəhidlərimizdir.Bu gün biz müstəqilliyimizi həm 20 yanvar, həmdə Qarabağda həlak olmuş şəhidlərimizin müqəddəs ruhlarına borcluyuq.Bizim Azərbaycan bayrağı bu gün dünyanın bütün yerlərində, ən mötəbər idman yarışlarında,siyasi arenalarda dalğalanır biz bütün bunları ulu öndər Heydər Əliyevə borcluyuq, ilk növbədə şəhidlərimizə borcluyuq.Xüsusilə vurğulamaq istərdim ki, bu gün bu oğullarımızın yolu davam edir elə buna bariz nümunə 2016-cı ilin aprelin 1-5 də qəhrəman oğullarımız çox böyük və şanlı tarix yazdılar.
Düzdür, Ermənistan bizlə müqayisədə 10 dəfə çox itki verdi. Çox təəssüf edirəm ki, bu zaman biz də xeyli sayda Şəhid verdik və bu heçdə bizi sarsıtmadı əksinə daha qürurulandırdı. Şəhid bütöv bir millətin, xalqın övladıdır. Hər bir Şəhid bizim üçün əziz və müqəddəsdir. Bu məsələ hər zaman dövlət başçı İlham Əliyevin diqqətində olub.
Artıq 1 ay müddət olardı ki, bu müsahibəni planlaşdırmışdıq sadəcə ikimizində gərgin qrafiki bizim müsahibəni gecikdirdiyini düşünürdüm amma indi deyirəm ki, nə yaxşı müsahibəmiz gecikib.) Bu təsüratıma səbəbsə müsahibəmiz çox əlamətdar günlərə düşdü iki gün öncə bizim Qarabağımızın döyünən ürəyi Şuşanın işğalı günü , həmdə bizim ümumillilider Heydər Əliyev’in doğum gününə müsahibəmizin düşməyi planlaşdırlmış yox bir təsadüf olduğu üçün məndə ayrıca həyəcan var idi. Həmdə artıq uzun müddət idi ki, kimdənsə müsahibə almırdım zənnimcə məndən maarifləndirici müsahibə gözləyən hər kəs bu gün sözügedən müsahibəni oxuyarkən onlarada çox xoş olacaq. Aqil Acalov dövlətçilik ənənələrinə sadiq olan, ulu öndər Heydər Əliyevin idealogiyalarına sadiq qalaraq, daima istər ölkəmizdə, istərsədə ölkəmizdən kənarda Azərbaycan maraqlarını üstün tutan gənclərdən biridir. Dostum olsada müsahibəmiz əsnasında bir daha vətəninə necə bağlı olduğunu gördüm vətənpərvərlik sözünü tam anlamıyla daşıyan mərd Azərbaycan oğluna bir daha böyük hörmət yarandı məndə. Ulu öndər Heydər Əliyevin bir kəlamı var \” Ziyalılıq kütləvi ola bilməz. Alim, şair, bəstəkar, rəssam, yazıçı, artist – bunlar fitri istedada malik olan nadir adamlardır” bax bu ifadəninin haqqını tam anlamıyla Aqil Acalov vətəninə, millətinə aşılayır.
Böyük iftixarla müsahibəni dəyərli oxuculara təqdim edirəm! (yenicag)