Musavat.com-un Dağıstan KİV-nə istinadən məlumatına görə, hadisə ötən ilin iyununda baş verib. Bir evdə yaşadığı qadının 5 yaşlı qızını zorlayan Azərbaycan vətəndaşı şəhəri tərk etmək istəsə də buna nail ola bilməyib.
Məhkəmə zamanı məlum olub ki, 5 yaşlı qıza qarşı etdiyi seksual hərəkətləri o telefonuna belə çəkib.
Dağıstan respublika məhkəməsinin hökmüylə o 17 il müddətinə azadlıqdan məhrum edilib.
İnterpress.az