Bakıda hərbi parad hazırlığıbackend

Bakıda hərbi parad hazırlığı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Aprelin 27-29-u tarixlərində Bakı üçüncü dəfə “Formula-1\” Azərbaycan Qran-Prisinə ev sahibliyi etdi. Yarış ərəfəsində Bakının mərkəzi küçələrində trek boyu beton sədlər, qoruyucu torlar çəkildi. Eyni zamanda Bakı bulvarında da həm yerli, həm də xarici izləyicilərin istirahətləri üçün əyləncəli proqramlar təşkil olunub, qurğular quraşdırıldı. Yarışdan sonra paytaxt ərazisində beton sədlərin söküntüsü bir neçə gün ləngisə də artıq bu istiqamət üzrə işlərə başlanılıb. Ötən illərdən fərqli olaraq, ”Neftçilər\” prospektində beton sədlər tamamilə götürülür. Bu halı sosial şəbəkələrdə insanlar belə xarakterizə edirlər ki, növbəti il Bakıda “Formula 1\” yarışları keçirilməyəcək.

“Yeni Müsavat”ın əldə etdiyi məlumata görə, beton sədlərin götürülməsi bu il keçiriləcək hərbi paradla bağlıdır. Belə ki, Azərbaycan ordusunun yaradılmasının 100 illiyi ilə bağlı iyunun 26-da Azadlıq meydanında hərbi parad keçirilməsi planlaşdırılr. Bu barədə Müdafiə Sənayesi Nazirliyi məlumat yayıb. Məlumatda qeyd olunur ki, ötən ilin analoji dövrü ilə müqayisədə ixrac olunan məhsulun həcmi iki dəfə artıb. MSN müəssisələrində müdafiə təyinatlı məhsulların çeşidləri 1200 növə çatdırılıb.

“Müdafiə Sənayesi Nazirliyinin yeni texnikaları iyunun 26-da Bakıda keçiriləcək Azərbaycan ordusunun yaradılmasının 100 illik yubileyinə həsr olunmuş hərbi paradda da nümayiş olunacaq”.

“Formula 1\”lə bağlı qurğuların böyük əksəriyyəti məhz bu ərazidə qurulmuşdu. Ona görə də beton sədlər və digər qurğular tamamilə söküləcək.

Bakı Şəhər Halqasının (BŞH) Marketinq və Kommunikasiya şöbəsinin rəhbəri Nigar Arpadarai şayiələrlə bağlı bildirib ki, BŞH-nin “Formula-1\” rəhbərliyi ilə 2020-ci ilədək müqaviləsi var. Hazırda bu sözləşmənin daha 5 il müddətinə uzadılması istiqamətində danışıqlar gedir: ”Mövcud müqaviləni nə biz pozmaq istəyirik, nə də “Formula-1\”in yeni sahibi ”Lyberty Media\”. Əksinə, bu qurumun icraçı direktoru Çeyz Keri fevralda Bakıya gələrək, “Formula-1\”lə anlaşmamızı davam etdirmək istiqamətində müzakirələr aparıb”.

İnterpress.az