Alpinistlər harada dəfn olunacaq?backend

Alpinistlər harada dəfn olunacaq?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, bu barədə Trend-ə Səhiyyə Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Səfayə Əhmədova məlumat verib.

Onun sözlərinə görə, komissiyaya Səhiyyə Nazirliyinin Məhkəmə-tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyin Quba rayon şöbəsinin rəisi Çingiz İsgəndərov rəhbərlik edir, komissiyanın üzvləri isə Xaçmaz rayon Məhkəmə-tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin rəisi Gündüz Tanrıverdiyev və Siyəzən rayon Məhkəmə-tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin rəisi Nizami Qasımovdur.

S.Əhmədova deyib ki, tapılan alpinistlərin nəşi Səhiyyə Nazirliyinin Məhkəmə-tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyin Quba rayon şöbəsinə gətirilib, gecə müayinə edilib. Müayinələr başa çatdıqdan sonra meyitlər bu gün ailələrə təhvil verilib. Namin Nizami oğlu Bünyatzadənin nəşi Şəmkir rayonuna, Fəridə Zəbiyulla qızı Cəbrayılzadənin nəşi Masallı rayonuna, Babur Vaqif oğlu Hüseynovun meyiti isə Astaraya aparılıb\”.

O qeyd edib ki, müayinələrin nəticələrin uyğun olaraq müvafiq rəy tərtib olunacaq: \”Bu rəy də Quba rayon prokurorluğuna təqdim ediləcək\”.

İnterpress.az