İnterpress.az xəbər verir ki, BMT-nin İnsan Haqları Şurası Qəzza bölgəsində fələstinlilərin qətliama məruz qalmasından dərhal sonra sessiya keçirmək qərarını verib. Verilən məlumatlara əsasən, bu təklifi Birləşmiş Ərəb Əmirlikləri və Fələstin irəli sürüb.
47 nəfər üzvü olan Şura təklifi 26 səs çoxluğu ilə qəbul edib. Qeyd edək ki, Fələstində pozulan insan haqlarına dair keçiriləcək xüsusi sessiyanın vaxtı da müəyyənləşdirilib. Sessiya 18 may, cümə günü keçiriləcək.
Xüsusi sessiyanın daha bir önəmi İsrail rəhbərliyinə qarşı beynəlxalq təzyiqin artırılması hesab olunur. (modern.az)
İnterpress.az