İnterpress.az xəbər verir ki, yenicag.az-ın əldə etdiyi məlumata görə, bu dəfə də bəstəkar məhkəməni udub.
Qeyd edək ki, bu Röya ilə N.Əzimovun dördüncü məhkəmə prosesidir. İlk dəfə bəstəkarın iddiası Xəzər Rayon Məhkəməsinin qərarına əsasən təmin edilib. Qərardan narazı qalan Röya qərardan Apellyasiya Məhkəməsinə şikayət edib. Yenə də iddiası təmin olunmayıb. Üçüncü dəfə Ali Məhkəmə işə baxmalı olub. Bu dəfə də uduzan Röya növbəti dəfə apellyasiya məhkəməsinə müraciət edib. Proses N.Əzimovun qələbəsi ilə bitib.
Məsələyə aydınlıq gətirmək üçün bəstəkarla əlaqə saxlanılıb. Açıqlama verən N.Əzimovun cavabı belə olub:
“Sağ olsun Azərbaycan məhkəmələri, ədalətli qərar çıxararaq, müəlliflik hüquqlarımı qorudu”.
İnterpress.az