Taksi sürücüsü yuxuya gedən sərnişin qadına təcavüz etdi – DƏHŞƏTbackend

Taksi sürücüsü yuxuya gedən sərnişin qadına təcavüz etdi – DƏHŞƏT

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, hadisə Türkiyədə baş verib. Belə ki, İstanbulda taksi sifarişi verən 38 yaşlı qadının başına gələn hadisə bütün İstanbulu ayağa qaldırıb.

Taksimdə taksiyə minən R.T evinə getmək üçün sürücüyə ünvanı deyib. Daha sonra qadın avtomobildə yuxuya gedərək yatıb. Qadının yatmasından istifadə edən sürücü sərnişin qadını onun ünvanına deyil, İstanbulda yerləşən meşələrdən birinə aparıb.

Qadın oyandığında başqa bir yerə gəldiyini görüb. O, sürücüdən bunun səbəbini soruşduğu zaman sürücü ona avtomobil xarab olduğunu bildirib. Daha sonra avtomobilin qapılarını kilidləyən 30 yaşlı sürücü İ.K qadını qucaqlamağa və öpməyə başlayıb.

Ayaqları qapınıya zərbə endirərək qapıları açan qadın avtomobildən qaçmağa çalışıb. O, kənarda dayanan yük avtomobilinə yaxın gəlib və yük avtomobilinin sürücüsünə vəziyyəti izah edib. Daha sonra yük avtomobilinin sürücüsü onu evinə aparıb.

Hazırda İstanbul məhkəməsində məsələ ilə əlaqədar məhkəmə prosesi keçiriləcək. Taksi sürücüsünü 3 ildən 14 ilə qədər azadlıqdan məhrumolma cəzası gözləyir.

İnterpress.az