“Qüds zirvəsində” açılış çıxışını edən Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib ki, zirvənin sonunda Qüdsün tarixi statusunun dəyişdirilməsinə izn verməyəcəklərini bəyan edəcəklər: “ABŞ rəhbərliyi səfirliyini Qüdsə daşıyaraq böyük bir təxribata imza atıb. İsrailin işğal və şiddət siyasətinin başa çatmasının vaxtı yetişib. Hesab vermələrini təmin etməliyik. Başda BMT olmaqla beynəlxalq quruluşlar bu məsələdə lazımi tədbirləri görməlidir. Fələstinli qardaşlarımıza iqtisadi olaraq da dəstək olmalıyıq”.
Zirvədə iştirak etmək üçün İran və Əfqanıstan prezidentləri Həsən Ruhani ilə Əşrəf Qani Əhmədzai də İstanbula gediblər. (Qafqazinfo)
İnterpress.az