“Azərbaycanda klinik farmokologiya üzrə bir müddət əvvəl axtaranda bir nəfər ixtisasçı tapdıq. Bu gün qanuna edəcəyimiz dəyişiklikdən sonra isə bu məsələ ciddi problem yaradacaq”-deyə, deputat bildirdi. R.Mahmudov qeyd etdi ki, bu qanunun qəbulundan sonra 600-dən çox dövlət və özəl xəstəxanalarda farmokoloqlar təyin olunmalıdır.
“Bu şəxslər vəzifələrinin ciddiyyətinin fərqində deyilsə,bu bizə problemlər yaradacaq. Hesab edirəm bu maddə qanundan çıxarılmalıdır”.
R.Mahmudov son günlər istər Milli Məclisdə, istər cəmiyyətdə saxta dərmanlarla bağlı müzakirə olunan məsələyə də münasibət bildirdi: “Bir çox hallarda saxta dərman və illeqal – qanunsuz gətirilmə ifadələri bir-biri ilə qarışdırılır. Qanunsuz ölkəyə gətirilən dərmanlarla bağlı aparılan tədbirlər təqdirəlayiqdir. Lakin qanunsuz qəbul edilən dərmanların ölkədə olmamasından bu gün tibb işçiləri müalicə işinin normal aparılmaması ilə üz-üzəyik. Bu istiqamətdə hüquq mühafizə orqanları tərəfindən tədbirlərin görülməsinə ehtiyac var”. Deputat həkimlərin çətin vəziyyətdə üzləşdiyi şəraitdə təcili şəkildə müvafiq tədbirlər görülməsini zəruri saydı.
Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov da ölkədə farmokologiya sahəsində mütəxəssislərin sayının geri olduğunu təsdiqlədi. (musavat)
İnterpress.az