Tənzilə Rüstəmxanlı:“Alimentə görə qadınları şantaj etmək yolverilməzdir”backend

Tənzilə Rüstəmxanlı:“Alimentə görə qadınları şantaj etmək yolverilməzdir”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bir neçə gün öncə sosial mediada keçmiş həyat yoldaşından iki uşağına görə aliment tələb edən qadının həyat yoldaşı tərəfindən internetdə şantaj olunması xəbəri yayıldı. Hadisə cəmiyyət tərəfindən birmənalı qarşılanmadı. İnsanlar bir daha məhkəmələrimizdəki qanun boşluğunun şahidi oldular.

\”Azəri-Türk Qadınlar Birliyi”nin sədri Tənzilə Rüstəmxanlı öz övladlarının anasını şantaj edən adamların kişi adına layiq olmadığını bildirdi:

\”Bu hadisəyə görə çox əsəbiləşdim. Gərək sən nə qədər biqeyrət olasan ki, uşaqlarının anasını internetdə şantaj edəsən. Qadın bununla bağlı hüquq-mühafizə orqanlarına şikayət etməlidir. Belə adamlar qanun çərçivəsində cəzalandırılmalıdır. Boşanmağı başa düşmək olar. Ailədə anlaşa bilməyib ayrılırlar, amma gedib qadınını bu cür şantaj etmək kişiyə yaraşan hərəkət deyil. Bizim öz milli-mentalitetimiz var. Qadınları alimentdə görə bu cür alçaldmaq olmaz”.
T.Rüstəmxanlı aliment məsələsiylə bağlı məhkəmələrimizdəki qanun boşluqlarına da toxundu:
\”Bu gün məhkəmələrimizdə də çox ciddi boşluqlar var. Bir dənə ciddi cəza növü nəzərdə tutmurlar ki, belə hallar baş verəndə, layiqincə cəzalarını alsınlar. İllərlə aliment ödəmirlər. Məhkəmələrimizdə də elə bir ciddi tədbir görülmür ki, bu adamlar aliment ödəmədiyinə görə həbs olunacaqlarını bilsinlər. O, qadın bu məsələylə bağlı məhkəməyə müraciət etsin və biz hamımız qadın cəmiyyəti olaraq ona dəstək olacağıq”.

İnterpress.az