İnterpress.az Fonda istinadən xəbər verir ki, bağlanmış bankların müştəriləri kreditlərini ödəmək üçün https://gpp.az/az internet saytında \”Əmanətlərin Sığortalanması Fondu” bölməsinə daxil olaraq online qaydada ödənişlərini apara bilərlər.
Müştəriləri portalın internet resursundan istifadə etməklə, ölkə ərazisində fəaliyyət göstərən bankların 2 000-ə yaxın xidmət şəbəkəsində, poçt rabitəsi milli operatorunun 1 400-dən çox istənilən ödəniş məntəqəsindən, HÖP-ə qoşulmuş ödəniş təşkilatlarının 1 000-dən artıq ödəniş terminalları şəbəkəsindən nağd və ya nağdsız qaydada ödəniş kartları və bank hesabları vasitəsilə kredit borclarının ödənilməsi həyata keçirə bilərlər.
İnterpress.az