Mərkəzdən İnterpress.az-a verilən məlumata görə, Apellyasiya Komissiyası Bakı şəhəri, Abdulvahab Salamzadə küçəsi, 28 ünvanında (Bakı Asiya Universitetinin binasında) fəaliyyət göstərir.
Abituriyentlər Apellyasiya Komissiyasına mayın 21-dən 23-dək saat 10-dan 17-dək şəxsiyyəti təsdiq edən sənədin əslini təqdim etməklə şəxsən müraciət edə bilərlər.
Apellyasiya Komissiyası fəaliyyətini başa çatdırdıqdan sonra test tapşırıqlarının məzmunu, həmçinin imtahanda baş verən digər hallarla bağlı müraciətlərə baxılmır.
İnterpress.az