“Taliban” Əfqanıstanda 86 kəndi ələ keçirtdibackend

“Taliban” Əfqanıstanda 86 kəndi ələ keçirtdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, bunu Əfqanıstanın Qunduz əyalətinin yerli məclisinin deputatı Səid Əsədulla Sadat bildirib.

“Taliban” qruplaşması Kalayzal rayonunun 86 kəndini ələ keçirib. Həmin ərazidəki hökumət qoşunları “Taliban” tərəfindən sıxışdırılıb”, – o vurğulayıb.

Həmin əyalətlərə “Taliban” bu ilin aprelindən hücuma keçib. Ona görə də yerli əhali, o cümlədən etnik türkmənlər evlərini tərk ediblər.

Qunduz, Covuzcan, Faryap və Bəlx əyalətlərinin 34 rayonunda etnik türkmənlər sıx yaşayır. Əfqanıstanda 3,5-4 milyon türkmən yaşadığı ehtimal olunur.

Faryapın 9, Covuzcanın 3, Bəlxin 1 rayonu Türkmənistanla sərhəddə yerləşir. Ümumilikdə, Əfqanıstanla Türkmənistan arasında sərhədin uzunluğu 800 km-dən artıqdır.

İnterpress.az