Misirin dövlət televiziya kanalında Azərbaycanda Ramazan bayramının geniş qeyd olunmasından söhbət açılıbbackend

Misirin dövlət televiziya kanalında Azərbaycanda Ramazan bayramının geniş qeyd olunmasından söhbət açılıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, S.Nəsirov Azərbaycanda Ramazan ayı və bayramı haqqında geniş söhbət açıb. Ölkəmizin 1991-ci ildə müstəqilliyini yenidən bərpa etdikdən sonra bütün vətəndaşların tam azad şəkildə öz dini ayinlərini yerinə yetirdiklərini vurğulayan S.Nəsirov SSR-i dövründə nəinki müsəlmanların, hətta başqa dinlərə mənsub xalqların da təzyiq altında yaşadığını qeyd edib. O, Azərbaycan xalqının müstəqilliyini yenidən qazanması uğrunda çoxlu qurbanlar verdiyini də bildirib.

Verilişdə S.Nəsirov Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ilə bağlı geniş məlumat verib və Azərbaycanın demokratik dövlət quruculuğundakı uğurlarından danışıb. Cümhuriyyətin tarixinə, keçdiyi şərəfli yola nəzər salan diaspor rəhbəri müsəlman Şərqinin ilk demokratik respublikasının xalqımızın qürur mənbəyi olduğunu xüsusi vurğulayıb.

Diaspor təşkilatının sədri Misirlə Azərbaycan arasında tarixi, mədəni və siyasi əlaqələrdən danışarkən, Koroğlu dastanında keçən Misri qılıncdan da bəhs edib və bu məlumat marağa səbəb olub. Bu gün Misirlə Azərbaycan arasında siyasi əlaqələrin yüksək səviyyədə olduğunu qeyd edən S.Nəsirov hazırda dövlətlərimiz arasında bütün sahələrdə yüksək səviyyədə əlaqələrin olduğunu və gündən-günə inkişaf etdiyini diqqətə çatdırıb.

Daha sonra S.Nəsirov Azərbaycandakı multikultural dəyərlərdən və tolerantlıq ənənələrindın söz açıb. Bildirib ki, Azərbaycan müxtəlif sivilizasiyaların qovuşduğu məkan olaraq, əsrlər boyu milli-mədəni rəngarənglik mühitinin formalaşdığı, ayrı-ayrı millətlərin və konfessiyaların nümayəndələrinin sülh, əmin-amanlıq, qarşılıqlı anlaşma və dialoq şəraitində yaşadığı bir diyardır. Birliyin sədri ulu öndər Heydər Əliyevin bu mühitin davam etdirilməsində və yeni Azərbaycanın quruculuğunda əvəzsiz xidmətlərindən də bəhs edib.

S.Nəsirov Azərbaycanın turizm potensialından da danışıb, son illərdə çoxlu sayda ərəb turistin ölkəmizə səyahət etdiyini diqqətə çatdırıb.

Verilişdə Azərbaycanın müasir simasını əks etdirən videoçarx da nümayiş olunub. (AZƏRTAC)

İnterpress.az