Şagirdlərini hipnoz altında zorlayan müəllim saxlanıldıbackend

Şagirdlərini hipnoz altında zorlayan müəllim saxlanıldı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az Modern.az-a istinadən xəbər verir ki, müəllim Ceyms Mentzer bu vasitə ilə şagirdləri cinsi istismara məruz qoymaq istəyib.

Polisin iddiasında görə Mentzer hipnoz barədə video yazmaq üçün 8-11 yaşlı qız şagirdlərə onun sinfinə gəlməyi təklif edib. Daha sonra isə o hipnoz vasitəsi ilə onları ona itaətə sövq etmək istəyib.

“Mən sizə tabe olacağam, sahib” – şagirdlərdən biri polisə müəllimin zənciri onun gözünün önündə yellədərək, bu sözləri təkrarlamağa məcbur etdiyini danışıb.

Ceyms Mentzer cinsi zorakılıq, qeyri-etik davranış, həddi-buluğa çatmamış şəxslərlə əlaqə və beş korrupsiya hallarında ittiham olunur.

İnterpress.az