İnterpress.az Qaynarinfo-ya istinadən xəbər verir ki, BMT-nin sözçüsü Məhəmməd Havari qaçqınların sayının Suriya, İsrail və İordaniya arasında yüksələn gərginlik səbəbindən artdığını bildirib.
Reuters-in məlumatına görə, İsrail Suriya ilə sərhəddə tank və zirehli texnikalar yeridib.
İsrail ordusundan verilən açıqlamada isə Suriyanın daxili işlərinə qarışılmadığı, sadəcə ölkənin sərhəd təhlükəsizliyini qorumaq üçün belə bir addımın atıldığı bildirilib. Açıqlamada həmçinin rejim qüvvələri ilə üsyançılar arasında gərginliyin artması səbəbindən sərhəddə qoşun yeridildiyi qeyd olunub.
İnterpress.az