Çəlləyin içindən 4500 manat dəyərində telefonlar tapıldı – FOTObackend

Çəlləyin içindən 4500 manat dəyərində telefonlar tapıldı – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

DSX-nın Mətbuat Mərkəzindən İnterpress.az-a verilən məlumata görə, iyulun 29-da saat 23:50 radələrində Gürcüstanla dövlət sərhədində Şəmkir sərhəd dəstə­sinin xidməti ərazisində Ehram çayında 1 ədəd qara sellofana sarılmış ağ rəngli çəlləyin çayın axını ilə ərazimizə daxil olması müşahidə edilib.

Sərhəd naryadı tərəfindən sudan çıxarılmış həmin çəlləkdə ümu­mi dəyəri təqribən 4500 manat təşkil edən 92 ədəd \”X-nova” markalı mobil telefon aşkar olunub.

Fakt üzrə zəruri əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Çəlləyin içindən 4500 manat dəyərində telefonlar tapıldı - FOTO

İnterpress.az