Müsabiqədə azərbaycanlı bəstəkar qalib oldu – FOTObackend

Müsabiqədə azərbaycanlı bəstəkar qalib oldu – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, “Envision Sounds” adlanan müsabiqəyə MDB ölkələrindən kinofilmlər üçün çalışan bəstəkarlar müraciət etmişdilər. 50-ə yaxın bəstəkar arasından Azərbaycandan bəstəkarlar ümumilikdə isə 13 bəstəkar qalib olaraq xüsusi təhsil və inkişaf proqramına dəvət almışdır.
Fevralda keçirilən workshopda Ukraynanın tanınmış bəstəkarı Alla Zaqaykeviç və Britaniyalı kinobəstəkar Michael Price, öz təcrübələri ilə bölüşərək, iştirakçıların yazdığı musiqi parçaları ilə tanış olublar. Bu proqramdan bir müddət sonra 13 bəstəkar arasından 5 bəstəkar Ukraynanın Kiyev və Odessa şəhərlərində keçirilən 8-ci \”Səssiz gecələr\” festivalına dəvət almışlar. Bu bəstəkarlar arasında həmyerlimiz Azər Hacıəsgərli də yer almışdır.
Festivalda bir çox ölkələrdən musiqiçilər və musiqi kollektivləri dəvət almışlar. Həmyerlimiz britaniyalı rejissor Antony Asquithin 1928- ci ildə çəkdiyi Yeraltı (Undergound) filminə tam olaraq musiqi yazmalı idi. İyunun 28-30 da keçirilən festivalda Azər Hacıəsgərli festivalın açılışını etmişdir. Tanınmış ukraynalı musiqiçilər piano, elektropiano,gitara və zərb alətlərinin müşayəti ilə saatyarımlıq film tamaşaçılara təqdim olundu. Filmin sonu hər kəsin ayaq üstə alqışları ilə bitdi.

Müsabiqədə azərbaycanlı bəstəkar qalib oldu - FOTO

Müsabiqədə azərbaycanlı bəstəkar qalib oldu - FOTO

Müsabiqədə azərbaycanlı bəstəkar qalib oldu - FOTO

Müsabiqədə azərbaycanlı bəstəkar qalib oldu - FOTO

İnterpress.az