Trampa yaxın şəxslərin telefon nömrələrinin Rusiya səfirinə verildiyi təsdiqlənibbackend

Trampa yaxın şəxslərin telefon nömrələrinin Rusiya səfirinə verildiyi təsdiqlənib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

2016-cı ilin avqustun 19-da britaniyalı biznesmen Arron Benks Rusiyanın Britaniyadakı səfiri Aleksey Yakovenko ilə balıq yeməkləri ilə bərabər, “Belevski pastila” adlanan alma şirniyyatından nuş edərək, habelə ağ şərab içərək “Breksit” prosesindəki qələbəni və ABŞ-da qarşıdan gələn prezident seçkilərini müzakirə ediblər.
Arron Benks həmin vaxt birdən-birə Böyük Britaniyanın Avropa Birliyindən çıxması üçün milyonlarla pul qoyan adam kimi tanınıb.

The Washington Post qəzetinin verdiyi məlumata görə, “Breksit” ən qızğın tərəfdarlarından sayılan Stiven Bennon Trampın seçki qərargahının rəhbəri təyin olunduqdan sonra bəhs edilən iş adamının Ağ Evin indiki rəhbəri ilə ciddi münasibətləri yaranır. Məhz onun sayəsində həm Benks, həm də onu dostu, Britaniya Müstəqil partiyasının (UKİP) keçmiş sədri Naycel Farac Trampı Missisipi ştatının Cekson şəhərində keçirilən seçki mitinqinə dəvət olunurlar.

Trampa yaxın şəxslərin telefon nömrələrinin Rusiya səfirinə verildiyi təsdiqlənib

Benks-Farac-Bennon üçbucağı arasında bağlantılar hazırda Trampın Rusiya ilə əlaqələrini araşdıran prokuror Robert Müllerin xüsusi maraq dairəsindədir.
“İndi Konqresdə oturan demokratları bir sual maraqlandırır – görəsən, “Breksit”in liderləri Kreml-Tramp kampaniyası arasında kanal rolunu oynaya bilərlərmi”, – yazıda qeyd olunur.

“Breksit” tərəfdarlarının özləri Yakovenko ilə Donald Trampın prezidentliyə namizədliyini müzakirə etdiklərindən boyun qaçırmırlar. Benksin özü Trampla görüşdən qabaq və ya sonra rusiyalı səfirlə ən azı iki dəfə görüşdüyünü bildirir.

“Breksit”in qələbəsindən sonra A.Yakovenko A.Benksi daha bir rusiyalı biznesmenlə tanış edərək ona 6 qızıl mədənini birgə işlətmək haqqında təklif verir.

Trampa yaxın şəxslərin telefon nömrələrinin Rusiya səfirinə verildiyi təsdiqlənib

2016-cı ilin noyabrın 12-də, yəni Tramp prezident vəzifəsinə seçildikdən sonra Farac və Arron Benks Nyu York şəhərində “Tramp qülləsi”ndə onunla görüşmək şərəfidə nail olublar. Bu görüşü də seşki qərargahanın rəhbəri Stiven Bennon əvvəldən razılaşdırılmadan və heç bir dəvət olmadan təşkil edir.

Görüşdən dərhal sonra Tramp, Benks, Farac bir yerdə fotoşəkil də çəkdirir. Elə ordaca hansısa katib Faracdan Böyük Britaniya baş nazirinin ofisinin əsas telefon nömrələrini soruşur. Bunun əvəzində isə Benks Ağ Evdə hakimiyyətin keçməsi prosesinə rəhdərlik edən şəxsin telefonunu alır.

Görüşdən bir neçə gün sonra isə Arron Benks bir daha Aleksandr Yakovenko ilə görüşdə Trampın keçid komandasının bütün üzlərinin telefon nömrələrini səfirə verir… (musavat)

İnterpress.az