İnterpress.az \”report\”a istinadən xəbər verir ki, bu gün axşam saatlarında silahlı hücuma məruz qalan Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevin xəstəxanada dünyasını dəyişdiyi haqda yayılan məlumatlar əsasını tapmayıb.
***22:13
Bu gün Gəncə Şəhər İcra Hakimiyyətinin başçısına silahlı hücum olub.
İnterpress.az xəbər verir ki, \”Report\”un hüquq–mühafizə orqanlarından əldə etdiyi məlumata görə, hadisə nəticəsində icra başçısı Elmar Vəliyev ağır yaralanıb, mühafizəçisi Qasım Aşbazov isə hadisə yerində ölüb.
İcra başçısı ağır yaralı vəziyyətdə Mərkəzi Klinik Gəncə Xəstəxanasına yerləşdirilib. Silahlı hücumu törədən Yunis Səfərov tutulub.
Bildirilir ki, bir müddət əvvəl icra başçısı ilə hadisəni törədən şəxs arasında mübahisə olub və Yunis Səfərov Elmar Vəliyevə onu güllələyəcəyi barədə xəbərdarlıq edib.
Faktla bağlı Daxili İşlər Nazirliyi məlumat yayacaq.
İnterpress.az