Azərbaycanda 46 yaşlı kişinin meyiti əmisi oğlunun evində tapıldıbackend

Azərbaycanda 46 yaşlı kişinin meyiti əmisi oğlunun evində tapıldı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Şabran rayonunda kişi dəm qazından boğularaq ölüb.

İnterpress.az  xəbər verir ki, hadisə rayonun Ağbaş kəndində qeydə alınıb.

Kənd sakini – 1974-cü il təvəllüdlü Müşfiq Quliyev əmisi oğlu Daşdəmir Quliyevə məxsus evin hamam otağında dəm qazından boğularaq ölüb.

Faktla bağlı Şabran rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 314.2-ci (Səhlənkarlıq, zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi açılıb.

İnterpress.az