Pompeo Rusiyanı İdlibdə türk hərbçilərini qətlə yetirməkdə ittiham etdibackend

Pompeo Rusiyanı İdlibdə türk hərbçilərini qətlə yetirməkdə ittiham etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ Dövlət Katibi Mayk Pompeo Rusiyanı Suriyanın İdlib bölgəsində onlarla türk əsgərini qətlə yetirməkdə ittiham edib.

“Biz Rusiyanın öz hərbi əməliyyatları çərçivəsində onlarla türk hərbçisini qətlə yetirdiyindən əminik”, – deyə Pompeo əlavə edib.

“New York Post” xəbər verir ki, Pompeo ABŞ-ın NATO üzrə tərəfdaşı olan Türkiyəni dəstəklədiyini bəyan edib.

“İdlibdə və bütün Suriyada zorakılığa son qoymaq məqsədi ilə əlavə yardım məsələsini gözdən keçirəcəyik”, – deyə dövlət katibi vurğulayıb.

İnterpress.az