Azərbaycanda COVID-19 infeksiyasına qarşı mübarizə tədbirlərinə dəstək olmaq üçün bu prosesdə birbaşa iştirak etmək istəyən şəxslərin çoxsaylı müraciətlərini nəzərə alaraq, TƏBİB səhiyyə işçilərini könüllü əməkdaşlığa dəvət edir.
İnterpress.az xəbər verir ki, COVID-19 xəstəliyi ilə bağlı müalicə üçün respublikamızın müəyyən olunmuş müəssisələrində könüllü olaraq xidmət etmək istəyən səhiyyə işçiləri bu linkə (https://docs.google.com/forms/d/e/1FAIpQLSeKWtG_uscD0jHsoGndO9odm_X4UvsfSlUm5jiev2tExv0o_Q/viewform?fbclid=IwAR2EuDdwH6ZvbpHw-gIFSQVeqp4hZ-DF6Nn4P79nYyVKNgjnqGQvCyXHgnQ) daxil olaraq müraciət edə bilər.
İnterpress.az