Mehriban Əliyeva Türkiyəyə təşəkkür etdibackend

Mehriban Əliyeva Türkiyəyə təşəkkür etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva “Instagram” hesabında koronavirusla mübarizədə ölkəmizə dəstək verdiyi üçün Türkiyəyə təşəkkür edib.

İnterpress.az xəbər verir ki, paylaşımda deyilir:

“Qardaş Türkiyəyə dərin minnətdarlığımı bildirirəm! Ölkələrimiz daim bir-birinin yanındadır – həm sevincli günlərdə, həm çətin sınaq günlərində.

Bizim birliyimiz, bizim gücümüz bundadır! Xalqlarımıza möhkəm cansağlığı, ölkələrimizə sülh və əmin-amanlıq arzulayıram! Qoy Uca Tanrı dünyamızı qorusun!”