Azərbaycana qayıtmaq istəyənlər necə qeydiyyata alınıb? – RƏSMİbackend

Azərbaycana qayıtmaq istəyənlər necə qeydiyyata alınıb? – RƏSMİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“İndiyə qədər digər ölkələrdə olan və Azərbaycana qayıtmaq istəyən vətəndaşların qeydiyyatı aparılaraq siyahısı hazırlanıb”.

İnterpress.az-ın məlumatına görə, bunu Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi mətbuat konfransında Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib.

Onun sözlərinə görə, Rusiya ilə bağlı ayrıca portalın yaradılmasının səbəbi isə orada olan vətəndaşların sayının çox olmasıdır:

“Digər ölkələrə münasibətdə bu portalın gendişləndirilməsinə baxıla bilər. Başqa ölkələrdə olan vətəndaşlarımız barədə vəziyyət məlumdur. Onlar barədə məlumat diplomatik nümayəndəliklərdən Xarici İşlər Nazirliyinə və operativ qərargaha təqdim edilib”.