Abşeronda ağır qəza, piyada öldübackend

Abşeronda ağır qəza, piyada öldü

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Abşeronda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. 

APA-nın məlumatına görə, hadisə Mehdiabad-Pirşağı yolunda qeydə alınıb.

Abşeron sakini Ağarəhim İbrahimovun idarə etdiyi “VAZ 2107” markalı avtomobil yolu keçən 1957-ci il təvəllüdlü Mirvari Məmmədovanı vurub. 

Ağır xəsarətlər alan piyada xəstəxanaya yerləşdirilib. Həkimlərin səyinə baxmayaraq, qadın orada ölüb. 

Faktla bağlı araşdırma aparılır.

İnterpress.az