Karantin rejimini pozan 42371 hərəkət iştirakçısı məsuliyyətə cəlb edildibackend

Karantin rejimini pozan 42371 hərəkət iştirakçısı məsuliyyətə cəlb edildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Koronavirus (COVID-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə tətbiq edilən xüsusi karantin rejiminin pozulmasına görə, aprelin 27-dən 28-dək respublikanın avtomobil yollarında nəqliyyat vasitələri ilə hərəkətdə olan 967 nəfər İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilib.

Bu barədə Baş Dövlət Yol Polisi İdarəsindən məlumat verilib.

Bildirilib ki, aprelin 1-dən bu günədək respublikanın, o cümlədən paytaxtın avtomobil yollarında xüsusi karantin rejiminin pozulmasına görə, 42371 hərəkət iştirakçısı inzibati məsuliyyətə cəlb edilib.

İnterpress.az