Tramp pandemiya ilə əlaqədar Çindən təzminat tələb etməyə hazırlaşırbackend

Tramp pandemiya ilə əlaqədar Çindən təzminat tələb etməyə hazırlaşır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ Prezidenti Donald Tramp Almaniya nümunəsindən istifadə edərək, Çindən koronavirus pandemiyası ilə əlaqədar təzminat tələb edə bilər.

Gazeta.ru-nun məlumatına görə, dövlət başçısı bununla bağlı fikirləri Ağ Evdə keçirilən mətbuat konfransında səsləndirib.

O bildirib ki, Çini məsuliyyətə cəlb etmək məsələsini Almaniyadan daha asan “həll etmək” olar.

Trampın fikrincə, Birləşmiş Ştatlar vəziyyətin qiymətləndirilməsini həyata keçirir və təzminat məsələsində Almaniyanın tələbindən qat-qat artıq vəsait nəzərdə tutulub.

Qeyd edək ki, Almaniya pandemiya ilə ədaqədar Çindən 130 milyard avro təzminat tələb edib.

İnterpress.az