Karantin rejimini pozan daha 486 hərəkət iştirakçısı cərimələndibackend

Karantin rejimini pozan daha 486 hərəkət iştirakçısı cərimələndi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə tətbiq edilən xüsusi karantin rejiminin pozulmasına görə 4 may 2020-ci il, saat 00:00-dan 5 may 2020-ci il saat 00:00-dək olan müddət ərzində respublikanın avtomobil yollarında nəqliyyat vasitələri ilə hərəkətdə olan 486 nəfər İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilib.

Bu barədə Baş Dövlət Yol Polisi İdarəsindən məlumat verilib.

Qeyd edilib ki, ümumilikdə, 1 aprel 2020-ci ildən bu günədək respublikanın, o cümlədən, paytaxtın avtomobil yollarında xüsusi karantin rejiminin pozulmasına görə 47 963 hərəkət iştirakçısı inzibati məsuliyyətə cəlb olunub.

 

İnterpress.az