Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Şarja əmirliyində çoxmərtəbəli yaşayış binasında güclü yanğın başlayıb.
İnterpress.az xəbər verir ki, bu barədə ölkənin Mülki Müdafiə Baş İdarəsi məlumat yayıb.
Qeyd olunub ki, Əl-Nəhd ərazisində yerləşən binanın sakinləri təxliyə edilib.
Yanğının qarşısını almaq üçün hadisə yerinə bir neçə yanğınsöndürmə briqadası cəlb edilib.
Xilasedicilər mərtəbələri yoxlamaq üçün dronlardan istifadə edirlər.
İnterpress.az






