Azərbaycanda qorunan bank əmanətlərinin faiz dərəcəsi qaldırıldıbackend

Azərbaycanda qorunan bank əmanətlərinin faiz dərəcəsi qaldırıldı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Əmanətlərin Sığortalanması Fondu milli valyutada olan qorunan əmanətlər üzrə illik faiz dərəcəsinin yuxarı həddinin 10%-dən 12%-dək qaldırılması barədə qərar qəbul edib.

Fonddan bildirilib ki, bu qərar Əmanətlərin Sığortalanması Fondunun Himayəçilik Şurası Maliyyə Sabitliyi Şurasının tövsiyəsinə əsasən, Mərkəzi Bankla razılaşdırılıb.

Qərar 1 iyun 2020-ci ildən etibarən tətbiq olunacaq.

Bildirilir ki, ƏSF-yə üzv olan banklarda xarici valyutada olan qorunan əmanətlər üzrə illik faiz dərəcəsinin yuxarı həddi 2,5% təşkil edir.

Əmanətçilər əmanətlərin sığortalanması üçün heç bir ödəniş etmirlər, sığorta haqları yalnız banklar tərəfindən ödənilir.

 

İnterpress.az