Türkiyənin “TV8” telekanalında yayımlanan “Survivor” realiti şousunda kifayət qədər SMS toplamayıb, müsabiqəni tərk edən həmyerlimiz, “Kobra” ləqəbi ilə tanınan kikboksinq üzrə altıqat dünya çempionumuz Pərviz Abdullayev Dominikanı tərk edib.
İnterpress.az xəbər verir ki, 10 saat öncə Punta Cana beynəlxalq hava limanında və təyyarədə çəkdiyi fotolarını sosial media hesabında izləyiciləri ilə paylaşan Pərviz Dominikandan İstanbula yola düşdüyünü bildirib.
Altıqat dünya çempionumuzun paylaşımına Türkiyənin qalmaqallı müğənnisi Demet Akalın özünəməxsus şəkildə şərh yazıb. O, Pərvizə uğurlu uçuş arzu edib.
Ötən gün Oxu.Az-ın əməkdaşı ilə söhbətində P.Abdullayev axşam saatlarında Bakıda olacağını deyib.






