Belarusun Mərkəzi Seçki Komissiyası prezident postuna 10 namizədin sənədlərini qəbul edib.
Bu barədə “Sputnik” xəbər yayıb.
Bildirilir ki, onların arasında fermer, dizayner-mühəndis, əməliyyat sanitarı, sənətkar, bir neçə fərdi sahibkar və işsiz var. Potensial namizədlərdən dördü qadındır.
Prezident postuna iddiaçıların heç biri indiyə qədər analoji seçki kampaniyalarında iştirak etməyib.
O da vurğulanır ki, MSK-ya sənədləri mayın 15-dək təqdim etmək olar. Bunun üçün namizədlər 100 000 imza toplamalıdır.
Qeyd edək ki, Belarusda prezident seçkilərinin bu ilin avqustun 9-da keçirilməsi planlaşdırılır.
İnterpress.az






