TƏBİB rəsmisindən xəstəxanaların bağlanması ilə bağlı AÇIQLAMAbackend

TƏBİB rəsmisindən xəstəxanaların bağlanması ilə bağlı AÇIQLAMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Hazırda xüsusi həkim qruplarımız bütün xəstəxanalara baxış keçirir”.

İnterpress.az-ın məlumatına görə, bunu Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi mətbuat konfransında Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) şöbə müdiri Yaqut Qarayeva deyib.

Onun sözlərinə görə, ayrı-ayrı xəstəxanalara aid xəbər vermək düzgün deyil:

“Xəstəxanaların bağlanılması barədə xəbər düzgün deyil. Bu, hər hansı xəstəxanada dezinfeksiya işlərinin aparılması ilə bağlı ola bilər.

Xəstəxanalara daim xəstələr gəlir və mütəmadi olaraq dezinfeksiya işləri aparılmalıdır”.

İnterpress.az