Azərbaycanda yüzlərlə tibb işçisi koronavirusa yoluxub, dördü ölüb – RƏSMİbackend

Azərbaycanda yüzlərlə tibb işçisi koronavirusa yoluxub, dördü ölüb – RƏSMİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Azərbaycanda 681 tibb işçisi koronavirusa yoluxub”.

İnterpress.az-ın məlumatına görə, bunu Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi mətbuat konfransında Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı bildirib.

Onun sözlərinə görə, bu da ümumi yoluxmanın 18 faizini təşkil edir:

“537 tibb işçisi sağalıb. Əsasən, orta tibb işçiləri koronavirusa yoluxub”.

O qeyd edib ki, koronavirusdan bu günə kimi dörd tibb işçisi ölüb.

 

İnterpress.az