Ermənistanın Ararat vilayətində yol-nəqliyyat hadisəsi baş verib.
İnterpress.az -ın əldə etdiyi məlumata görə qəza sentyabrın 5-də Yerevan-Yerasx avtomobil yolunda olub.
Yolun 28-ci kilometrliyində BMW, “ГАЗ 3308” və “Mercedes”in toqquşması nəticəsində 3 nəfər yaralanıb, BMW aşaraq dəmir arakəsməyə çarpılıb.
Bildirilib ki, “ГАЗ 3308” markalı avtomobil Ermənistan Müdafiə Nazirliyinin balansındadır. İlkin ehtimala görə, qəza onun sürücüsünün yol-hərəkət qaydasını pozması səbəbindən baş verib.
İnterpress.az






