Rusiyada 11 turist itkin düşdübackend

Rusiyada 11 turist itkin düşdü

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyanın Soçi dağlarında 11 nəfərlik turist qrupu itkin düşüb.

İnterpress.az xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin Krasnodar vilayəti üzrə Baş İdarəsi məlumat yayıb.

Səyyahlar Esto-Sadok şəhərciyindən yola çıxaraq 2320 m yüksəklikdə yerləşən gölə tərəf hərəkət ediblər. Bundan sonra turistlərdən hər hansısa məlumat almaq mümkün olmayıb. İtkin düşən 11 nəfərdən səkkizi 9-16 yaş arasındadır.

Xilasedicilər gölün ətrafına cəlb olunsalar da, əməliyyat heç bir nəticə verməyib.

Hazırda itkin düşən turistlərin axtarışları davam etdirilir.

 

İnterpress.az