Azərbaycanda bu gün üçün COVİD-19backend

Azərbaycanda bu gün üçün COVİD-19

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan Respublikasında koronavirus (COVİD-19) infeksiyasına 139 yeni yoluxma faktı qeydə alınıb, 128 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan İnterpress.az-a verilən məlumata görə, COVİD-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 1 nəfər vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 37 557 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 34 965 nəfər müalicə olunaraq sağalıb, 552 nəfər vəfat edib, aktiv xəstə sayı 2 040 nəfərdir.

Ölkədə son sutka ərzində 6 798, hazırkı dövrədək isə 973 838 test aparılıb.

 

İnterpress.az