Son bir gündə Bakıda iki intihar hadisəsi baş verib.
İnterpress.az xəbər verir ki, bu barədə məlumat hüquq-mühafizə orqanlarından bildirilib.
Sentyabrın 8-də, saat 09:30 radələrində Bakının Binəqədi rayonunun eyni adlı qəsəbəsinin ərazisində 1987-ci il təvəllüdlü Fariz Osmanovun cəsədi tapılıb.
Kişi özünü yaşadığı evin qarşısındakı qaz borusundan asıb.
Hazırda rayon prokurorluğu kişini intihara sövq edən səbəbləri araşdırır.
Oxşar intihar hadisəsi Sabunçu rayonu, Ramana qəsəbəsində qeydə alınıb. Burada 1970-ci il təvəllüdlü Yusif Cəbiyev özünü qaz borusundan asıb. İntiharın səbəbləri araşdırılır.
İnterpress.az






