İnterpress.az xəbər verir ki, Sentyabrın 10-da Milli Məclisin Sədri Sahibə xanım Qafarovanın başçılığı ilə parlament nümayəndə heyəti Türkiyəyə rəsmi səfərə gəlib. Bu, parlamentin Sədri Sahibə Qafarovanın Milli Məclisin Sədri kimi xarici ölkəyə ilk səfəridir.
Ankaranın Esenboğa hava limanında nümayəndə heyətimizi Türkiyə Böyük Millət Məclisinin Sədr müavini Süreyya Sadi Bilgiç və digər rəsmi şəxslər qarşılayıblar.
Həmin gün Milli Məclisin Sədri Türkiyənin Ticarət naziri xanım Ruhsar Pekcan ilə görüşüb. Görüşdə əməkdaşlığımızın daha da dərinləşdirilməsi, ikitərəfli və regional əlaqələrimizin inkişaf perspektivləri barədə fikir mübadiləsi aparılıb.
İnterpress.az






