Məktəbə gül və şar aparmaq olmaz – Valideynlərə xəbərdarlıqbackend

Məktəbə gül və şar aparmaq olmaz – Valideynlərə xəbərdarlıq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Dərs ili başlananda şagirdlərin müəllimlərə gül dəstəsi aparmasına ehtiyac yoxdur”.

İnterpress.az xəbər verir ki, bu barədə Təhsil nazirinin müşaviri Rüstəm Ağayev Nazirlər Kabinetinin “Karantin rejimi dövründə təhsil müəssisələrində tədris və təlim-tərbiyə

prosesinin təşkilinin müvəqqəti Qaydaları” barədə Qərarına həsr olunmuş onlayn mətbuat konfransında çıxışında deyib.O qeyd edib ki, müəllimlərə gül dəstəsinin aparılması ilə bağlı məsələ əslində qanunla tənzimlənmir. Lakin bununla bağlı valideynlərə müraciət olunub: “Biz valideynlərə

müraciət edirik ki, güllərin gətirilməsi lazım deyil, bu infeksiyaya səbəb ola bilər. İstəyirik ki, valideynlər də bizi başa düşsünlər. Çalışın hansısa formada uşaqlara dəstək olun” – deyə nazirin müşaviri bildirib.

Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Cəsarət Valehov “Qafqazinfo”ya açıqlamasında əlavə edib ki, xüsusi şərait olduğuna görə, şar və digər şeylərin də

içəri keçirilməsi uyğun deyil. “Məktəblilərin əllərində şarla məktəbə daxil olması da qaydalara ziddir”.

İnterpress.az