“Yəni bir dəlinin əlində qalmışıq?” – Aygün Muradxanlı Aslan İsmayılovun iddialarına cavab verdibackend

“Yəni bir dəlinin əlində qalmışıq?” – Aygün Muradxanlı Aslan İsmayılovun iddialarına cavab verdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Aslan İsmayılov Ramiz Mehdiyevin adamı Eldar Quliyevin maskasını necə cırdığımı, onun və Mehdiyev dəstəsinin digər üzvlərinin seçkini necə sabotaj etdiklərini bütün ölkəyə 28-ci Seçki Dairəsinin timsalında çatdırdığımdan xəbərsizdir”

Musavat.com xəbər verir ki, bu sözləri tanınmış jurnalist, yazar Aygün Muradxanlı öz feysbuk səhifəsində yazıb.

O, Aslan İsmayılovun jurnalisti Ramiz Mehdiyevin adamı adlandırmasına sərt cavab verib.

Sözügedən statusu sizlərə təqdim edirik:

“Aslan İsmayılov adlı qara yara yazır ki, guya mən Ramiz Mehdiyevin adamıyam. Allah, Allah…

Bu şizofreniyanın ƏN ağır formasından əziyyət çəkən yazıq məni təzə tanıdığından, 9 fevral seçkisində ayağının suyunu içməyə bu gün də hazır olduğu Ramiz Mehdiyevin adamı Eldar Quliyevin maskasını necə cırdığımı, onun və Mehdiyev dəstəsinin digər üzvlərinin seçkini necə sabotaj etdiklərini bütün ölkəyə 28-ci Seçki Dairəsinin timsalında çatdırdığımdan xəbərsizdir.

Seçkiyə qədərki və ondan sonrakı işim, düşüncəm, yazılarım da gözünüzün qabağındadır.

Bir dəlinin əlində qalmışıq yəni? İndi biz bu yaramazı hürdürəni tapmayacağıq? Yediyi bütün boşqablara tüpürüb, salam verdiyi bütün adamları söyüb, oğlu üçün iş dilənib, alıb, sonra o adamı şantaj edib, harda vuruşan 2 pul-para sahibi var, araya girib, ikisindən bir-birinə xəbərçilik edib, pul çırpışdırıb, bu çuğulluğun adını vəkillik qoyub. İdmana getdiyi zalda belə bunun yanındakı “koşu bandı”na “minən” yoxdur. Səhər deyər, dəsmalımı oğurlamısan…

Pislər ölsün, mən yüz yaşayım, heç 3 gün keçməyəcək, onu adam bilib PA-ya çağıran Anar Ələkbərovu qaralayacaq. Deyəcək, mən 1994-də demişdim, Anar Ələkbərov köhnə komandanın təzə komandaya yerləşdirilmiş üzvüdür”.

Musavat.com