Fransada son sutka ərzində koronavirusa 10 561 yeni yoluxma halı qeydə alınıb.
İnterpress.az xəbər verir ki, bu, Fransada epidemiya başlayandan bəri rekord göstəricidir.
Ölkə üzrə ümumi yoluxma sayı 373 min 911-ə yüksəlib. Son sutkada 17 nəfər COVID-19 infeksiyasından dünyasını dəyişib. İndiyədək 30 910 nəfər pandemiyanın qurbanı olub, 89 059 pasiyent sağalaraq evə buraxılıb.
İnterpress.az






