Belarusda aksiyalarda iştirak edən azərbaycanlı saxlanıldıbackend

Belarusda aksiyalarda iştirak edən azərbaycanlı saxlanıldı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Belarusun paytaxtı Minskdə keçirilən aksiyalarda 1980-ci il təvəllüdlü, əslən Azərbaycanın Salyan rayonundan olan, Ukrayna vətəndaşı Şirinov Səməd Sabit oğlu saxlanılıb.

İnterpress.az-ın məlumatına görə, S.Şirinov Kiyevə deportasiya olunub.

Minsk şəhərinin Sovetsk Rayon Məhkəməsi qərar çıxararkən buna səbəb olaraq xuliqanlıq, ictimai asayişi pozma kimi halları göstərib.

İnterpress.az