Fransa Türkiyənin Osmanlı imperiyasının son dövrlərindəki kimi zəif olmadığını çox yaxşı bilir.
İnterpress.az xəbər verir ki, bunu Afrika Strateji Araşdırmalar Mərkəzinin (AFSAM) sədri, türk politoloq Mustafa Efe ölkə mətbuatına açıqlamasında deyib.
O bildirib ki, Fransa Prezidenti Emmanuel Makronun aqressivliyinin səbələrindən biri də budur:
“Onlar hazırda keçmişdə olduğu kimi hərəkət edə bilmirlər. Bölgəyə aviadaşıyıcı göndərir. Türkiyə buna məhəl də qoymur. Bu gün də Makron Liviya, Livan, Suriya başda olmaqla, Yaxın Şərq və Şimali Afrikada Napoleon kimi imperiya yaratmaq xəyalları ilə yaşayır. Ancaq o da Napoleon kimi məğlub olacaq. Çünki qarşılarında Ərdoğan var”.
İnterpress.az






