Səməd Seyidov: “Təsadüfi deyil ki, Azərbaycanın yeni parlament sədri ilk səfərini Türkiyəyə edir”backend

Səməd Seyidov: “Təsadüfi deyil ki, Azərbaycanın yeni parlament sədri ilk səfərini Türkiyəyə edir”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Bu gün Milli Məclisin Qarabağ zalında iclas keçiririk. İnşallah, iclasımızı Şuşada keçirək. Əminəm ki, belə də olacaq”.

İnterpress.az-ın məlumatına görə, bunu bu gün Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin iclasında komitə sədri Səməd Seyidov bildirib.

Milli Məclis Sədri Sahibə Qafarovanın Türkiyə səfərindən danışan S. Seyidov deyib ki, Azərbaycanla Türkiyənin münasibətləri ən yüksək, qardaşlıq səviyyəsindədir: “Bu gün isə bu münasibətlər daha da yüksək səviyyəyə qalxıb. Təsadüfi deyil ki, yeni seçilmiş parlamentin sədri  ilk səfərini Türkiyəyə edir”.

İnterpress.az