YAP-ın Təşkilat şöbəsinin müdiri vəzifəsinin yeni sahibi məlum olub. Bu postu hakim partiyanın Qaradağ rayonundan seçilmiş deputatı, YAP Siyasi Şurasının üzvü, YAP-ın Qaradağ rayon təşkilatının sədri Aydın Hüseynov tutub.
İnterpress.az xəbər verir ki, Aydın Hüseynov məlumatı təsdiqləyib.
“Məlumat doğrudur. YAP-ın Təşkilat şöbəsinin müdirliyi vəzifəsi hələ ki, mənə həvalə edilib. Bunun qısamüddətli və ya uzunmüddətli olacağı barədə məlumatım yoxdur. Ancaq, bu vəzifəni bu gündən mən icra edəcəyəm”, – A.Hüseynov deyib.
İnterpress.az






