Bərdə sakinini öldürməkdə şübhəli bilinən daha bir şəxs saxlanılıbbackend

Bərdə sakinini öldürməkdə şübhəli bilinən daha bir şəxs saxlanılıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bərdə rayon sakinini öldürməkdə şübhəli bilinən daha bir şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən İnterpress.az-a verilən məlumata görə, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avqustun 12-də Bərdə rayon sakini M. Camalovu qətlə yetirməkdə şübhəli bilinən qrupun digər üzvü X.Musazadə saxlanılıb. Onun Şorəlli kəndindəki evinin həyətindən “AKM” markalı avtomat, 1 ədəd patron darağı və 3 ədəd patron aşkar edilərək götürülüb.

İnterpress.az