“İctimai TV”nin efirində bu gündən etibarən möhtəşəm layihəyə start verilir.
“XX Yüzillik” adlanan layihədə 1901-ci ildən indiki dövrədək Azərbaycanın tarixində iz qoymuş görkəmli şəxsiyyətlərdən bəhs olunacaq. Layihə həmin dövrün mətbuatında və arxivdə yazılanlar əsasında sözügedən şəxsiyyətləri işıqlandıracaq.
Bu gün saat 22:00-da “XX Yüzillik”in ilk buraxılışı yayımlanacaq. Verilişdə 1901-ci ildə yaşamış görkəmli şəxsiyyətlərin həyat və fəaliyyətindən bəhs olunacaq.
Qeyd edək ki, oxu.az-ın əməkdaşı Səbuhi Musayev də bu layihənin iştirakçısıdır. O, Azərbaycan Xalq Cümhuriyyətinin banisi Məmməd Əmin Rəsulzadə rolunu canlandıracaq.