Milli Məclisin payız sessiyasının ilk iclasının gündəliyi açıqlandıbackend

Milli Məclisin payız sessiyasının ilk iclasının gündəliyi açıqlandı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Milli Məclisin payız sessiyası çərçivəsində sentyabrın 30-da keçiriləcək ilk plenar iclasının gündəliyi açıqlanıb.

İnterpress.az-ın məlumatına görə, iclasın gündəliyinə 22 məsələ daxil edildir.

Bunlar Milli Məclisin 2020-ci il payız sessiyasının qanunvericilik İşlər Planı, parlamentin Hesablayıcı komissiyasının üzvünün seçilməsi, Milli Məclisin parlamentlərarası əlaqələr üzrə işçi qruplarının rəhbərlərinin seçilməsi haqqında qərarına dəyişikliklə bağlı məsələlər, “MDB iştirakçısı olan dövlətlərin əqli mülkiyyət obyektlərinə hüquqların qorunması sahəsində gömrük orqanlarının qarşılıqlı fəaliyyəti haqqında” Sazişin təsdiq edilməsi barədə”, Azərbaycan Respublikasının Kuba Respublikasında (Havana şəhərində) səfirliyinin təsis edilməsi haqqında” qanun layihələridir.

İnterpress.az